"Azadlıq Radiosu" Rusiyada bağlanır

07 mart, 2022 09:55

"Azad Avropa Radiosu/Azadlıq Radiosu" Rusiya ərazisində işini dayandırır.

Bu barədə radiostansiyanın mətbuat xidmətinin bəyanatında söhbət açılır.

"Azad Avropa Radiosu/Azadlıq Radiosu" Rusiyada öz fəaliyyətini ondan sonra dayandırıb ki, martın 4-də yerli vergi orqanları radionun Rusiya bölməsinin bankrot olduğunu elan edib, polis isə onun jurnalistlərinə qarşı təzyiqləri gücləndirib" - bəyanatda deyilir.

Radiostansiyaya ABŞ hakimiyyəti tərəfindən nəzarət olunur, onun fəaliyyəti üçün vəsait isə ABŞ Konqresi tərəfindən maliyyələşdirilir.