Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu

07 mart, 2022 21:23

Bu gün Belarusda Rusiya-Ukrayna danışıqlarının yeni raundu keçiriləcək.

Nümayəndə heyətləri sayca üçüncü mərhələdə Belovejskaya Puşçada görüşəcəklər.

Danışıqların günortadan sonra, Moskva vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 16:00) baş tutması gözlənilir.

Ukrayna və Rusiya bu dəfə də bağlı qapılar arxasında əlaqə saxlamağa razılaşıblar.

Xatırladaq ki, tərəflər arasında birinci danışıq fevralın 28-i Belarusun Qomel şəhərində, ikincisi isə martın 3-ü Belarusun Brest vilayətində keçirilib.

Ukraynanı görüşdə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya, müdafiə naziri Oleksi Reznikov, prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak, üçtərəfli əlaqə qrupunda Ukrayna nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, deputat Rustem Umerov və xarici işlər nazirinin müavini Nikolay Toçitski təmsil edib.

Rusiya nümayəndə heyətinin tərkibinə isə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov daxil olub.

***

“Sputnik Belarus” xəbər verir ki, Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqların üçüncü raundu üçün Belarusa uçub.

Bildirilir ki, Ukrayna nümayəndə heyətinin danışıqların üçüncü raunduna hansı tərkibdə gələcəyi məlum deyil.

***

Rusiya  nümayəndə heyəti artıq Belarusa çatıb. Eyni zamanda, Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya həmkarları ilə yolda olduğunu bildirib.

***

TASS-ın məlumatına görə, Ukrayna nümayəndə heyəti iki helikopterlə Rusiya ilə danışıqların üçüncü raundu üçün Belovejskaya Puşçaya gəlib.

***

NTV xəbər verir ki, danışıqların üçüncü raundu başlayıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"