Üçüncü görüşün nəticəsi varmı? - Mixail Podolyak

08 mart, 2022 00:47

Danışıqların 3-cü raundu başa çatdı. Humanitar dəhlizlər məsələsi ilə bağlı bir az irəliləyiş var. Atəşkəs və təhlükəsizlik təminatları ilə bağlı nizamlanmanın əsas siyasi bloku üzrə intensiv məsləhətləşmələr davam etdirildi.

Bu sözləri Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri, Ukraynanı Rusiya ilə danışıqlarda təmsil edən nümayəndə heyətinin üzvü Mixail Podolyak Tvitter səhifəsində az öncə başa çatan görüşün nəticələri haqda qeyd edib.

“Mövcud situasiyanı yaxşılaşdırmaqla bağlı nəticə, hələ ki, yoxdur”, - o bildirib.

Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların 3-cü raundu bu gün Belarusun Brest vilayətində keçirilib.