İran Rusiyaya tətbiq edilən sanksiyalara qarşı çıxdı

08 mart, 2022 00:49

Tehran Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qarşıdır.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan rusiyalı həmkarı Sergey Lavrovla telefon söhbətində bildirib.

“Əmir Abdullahiyan bildirdi ki, müharibələrə qarşı olduğu kimi sanksiyalarında da əleyhinədir. Sanksiyalar İranın diigər ölkələr, o cümlədən Rusiya ilə münasibətlərinə təsir etməməlidir”, - deyə Rusiya XİN-in məlumatında bildirilir.