Ukraynanı nə qədər insan tərk edib? - BMT məlumat yaydı

08 mart, 2022 00:54

Rusiya və Ukrayna arasında münaqişə başlayandan indiyədək 1,7 milyondan çox insan Ukraynanı tərk edib.

Bu barədə Birləşmiş Millətlər Təşkilatı məlumat yayıb.

Qeyd olunub ki, onların arasında yüz minlərlə uşaq var. Uşaqların çoxu valideynlərindən və ailə üzvlərindən uzaq qalıblar. Qeyd olunub ki, bu uşaqların zorakılığa məruz qalmaq riski daha yüksəkdir.