Yanukoviş Zelenskiyə müraciət etdi - Bu qanı dayandırmaq olar

08 mart, 2022 12:50

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç hazırkı dövlət baçısı Vladimir Zelenskiyə müraciət edib.

"Ria Novosti” xəbər verir ki, Yanukoviç Zelenskini nəyin bahasına olursa olsun qanı dayandırmağa çağırıb.

"Mən çox yaxşı başa düşürəm ki, sizin çoxlu "məsləhətçilər"iniz var, lakin şəxsən siz nəyin bahasına olursa-olsun qanı dayandırmağa və sülh razılaşmasına nail olmağa borclusunuz. Ukraynada, Donbassda və Rusiyada sizdən gözlənilən budur", - Yanukoviçin müraciətində deyilir.

Yanukoviç bildirib ki, Ukrayna xalqı və Kiyevin Qərbdəki tərəfdaşları belə bir addıma görə minnətdar olacaqlar.

"Mən Vladimir Zelenskiyə keçmiş prezident və hətta onun atası yaşda olan şəxs kimi müraciət etmək istəyirəm. Vladimir Aleksandroviç, yəqin ki, sən əsl qəhrəman olmaq arzusundasan! Amma qəhrəmanlıq nümayişkaranəlik, son ukraynalıya qədər döyüşmək deyil. Qəhrəmanlar  insanların həyatını xilas etmək naminə öz qürur və ambisiyaları üzərində qələbə çalaraq fədakarlıq edirlər”, - deyə eks-prezident bildirib.

O qeyd edib ki, hazırda vətənində baş verənləri ağrı ilə qəbul edir və ukraynalıların dözmək məcburiyyətində qaldıqları əzablara dərin rəğbət bəsləyir. Yanukoviç eyni zamanda vurğulayıb ki, “hər hansı bir faciədə elə bir məqam var ki, onu hələ də dayandırmaq olar”.

"İlk gündən Ukraynada müharibəni dayandırmağa söz verdiniz və buna görə də bütün Ukrayna sizi dəstəklədi. Siz dünyanın prezidenti ola bilərsiniz, amma təəssüf ki, bu baş vermədi", - Yanukoviç bildirib.

Xatırladaq ki, V.Yanukoviç 2002–2005, 2006–2007-ci illərdə Ukraynanın baş naziri olub. 2010-cu ildə keçirilən prezident seçkilərinin ikinci turunda 48,95% səslə ölkənin 4-cü prezidenti seçilib. 

22 fevral 2014-cü il tarixində baş vermiş əhalinin narazılığından sonra ölkədən qaçıb və parlament tərəfindən prezidentlik hüququndan məhrum edilib.

Ukraynada Yanukoviç vətənə xəyanətdə təqsirli bilinərək, 13 il müddətinə azadlıqdan məhrum edilib. V.Yanukoviç Rusiyaya sığınıb.

Bəzi məlumatlara görə, Rusiyanın məqsədi Kiyevi işğal edəndən sonra Viktor Yanukoviçi hakimiyyətə gətirmək və onu prezident elan etməkdir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"