Müharibədə Ukraynada ölən uşaqların sayı nə qədərdir?

09 mart, 2022 01:47

Rusiya Federasiyasının Ukraynanın ərazisinə soxularaq hərbi əməliyyatlara başlamasından bu yana Ukraynada 41 uşaq ölüb.

“Seqodnya.ua” xəbər verir ki, bu barədə Ukraynanın ombudsmanı Lyudmila Denisova feysbuk səhifəsində məlumat verib.

Onun bildirdiyinə görə, 76 uşaq da yaralanıb.