Putin sanksiyalara qarşı cavab fərmanı imzaladı - Rusiyadan məhsulların ixracına qadağa qoyulur
09 mart, 2022 01:53
Rusiya Prezidenti Vladimir Putin xarici iqtisadi fəaliyyət sahəsində ölkənin təhlükəsizliyini təmin etmək üçün xüsusi iqtisadi tədbirlərin görülməsi haqqında fərman imzalayıb.
Fərmanda hökumətin tərtib edəcəyi məhsulların dekabrın 31-ə qədər Rusiya xaricinə çıxarılmasının qadağan olunması əksini tapıb.
Rusiya Prezidenti hökümətə iki gün ərzində ölkə xaricinə çıxarılması qadağan olunan məhsul və xammaların siyahısını hazırlamağı tapşırıb.