Düşmənin daha iki tankı məhv edildi

28 sentyabr, 2020 13:27

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatları davam edir.

 Azsiyasət.com xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi növbəti açıqlamanı yayıb.

Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji durumu yüksəkdir, gərgin döyüşlərdə iştirak edən hərbi qulluqçularımız şücaətlə döyüşür.

Sentyabrın 27-si və bu gün Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv edilib.

Bir az əvvəl iki ədəd düşmən tankı məhv edilib.