Pentaqon Polşada "Patriot" yerləşdirəcək

09 mart, 2022 10:33

“Pentaqon Varşavanın təklifi ilə “Patriot” zenit-raket komplekslərini Polşaya göndərmək niyyətindədir”.

Xarici KİV-lər xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının nümayəndəsi Adam Miller məlumat verib.

O qeyd edib ki, söhbət iki “Patriot” batareyasının Polşaya yerləşdirilməsindən gedir.

ABŞ hərbi departamenti hesab edir ki, bu addım Birləşmiş Ştatların müttəfiqlərini və NATO kontingentinin yerləşdiyi əraziləri potensial təhlükədən qorumağa imkan verəcək.