Rusiyadan Azərbaycana uçmaq müşkülə dönüb, cəmi iki aviareys qalıb

10 mart, 2022 08:52

Bir sıra xarici aviaşirkətlər Qərb ölkələri tərəfindən tətbiq edilən sanksiyalardan və hava məkanının bağlanmasından sonra Rusiyadan uçuşları hələ də davam etdirirlər. O cümlədən Rusiyadan Azərbaycana hazırda iki aviaşirkətlə uçmaq mümkündür.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, “tutu.ru” servisi Rusiyadan uçuşlar həyata keçirən aviaşirkətlərin siyahısını yayıb. Belə ki, Rusiyadan Qazaxıstana “AirAstana”, “FlyArystan” və “Qazag” aviaşirkətləri uçuşlar keçirir. Özbəkistanın “Uzbekistan Airways” və “Qanot Sharq” aviaşirkətləri də Rusiyadan uçuşları davam etdirir. Ermənistana isə Rusiyadan “Armenia” və “Flyone Armenia” şirkətlərinin təyyarələri ilə uçmaq mümkündür. O cümlədən “Avia Air Traffic” şirkəti Qırğızıstana reys həyata keçirir.

Daha 20-dən çox aviaşirkət isə Rusiyadan uzaq xaricə reysləri həyata keçirir. Onların arasında “Air Arabia”, “Emirates”, “Etihad Airways” və  “FlyDubai” da var. Türkiyənin “Turkish Airlines” və “Pegasus Airlines” şirkətləri isə Rusiyadan Türkiyəyə reysləri davam etdirir. Rusiyanın özünün hava yolları şirkətindən isə xaricə uçuşları davam etdirənlər ancaq “Utair” (Ermənistana və Türkiyəyə), “Red Wings” (Ermənistana və Özbəkistana) , “Yamal” (Tacikistana), “İrAero” (Azərbaycana və Ermənstana) və “Azimut” (Ermənistana, Türkiyəyə və Azərbaycana) şirkətləridir. Qalan şirkətlər, o cümlədən ən iri aviadaşıyıcı “Aeroflot” xaricə bütün reyslərini dayandırıb. Xəbər verildiyi kimi, Azərbaycanın AZAL və “Buta” aviaşirkətləri də Rusiyaya bütün uçuşları dayandırıb. Çünki bu şirkətlərin istifadə etdiyi təyyarələr əslində lizinqdədir və ABŞ şirkətləri tərəfindən sığortalanıb. İndiki halda isə ABŞ Rusiyaya və oradan uçan təyyarələri sığortalamaqdan imtina edir.

Göründüyü kimi, Rusiyadan Azərbaycana uçmaq indi kifayət qədər çətinləşib və hətta praktiki olaraq qeyri-mümkün olub. Mövcud reyslərdə isə biletlər dəfələrlə bahalaşıb. Bu da Rusiyadan azərbaycanlıların Azərbaycana gəlişində ciddi problem yaradır. Rusiyada rubl kəskin dəyər itirdiyindən və iqtisadi çöküş başladığından ehtimal etmək olar ki, dolanışıq dalınca bu ölkəyə üz tutan azərbaycanlıların bir çoxu geri qayıtmağı qərara alacaq. Amma hansı yolla, bu məlum deyil.

Rusiyadakı azərbaycanlılar üçün təkcə gediş-gəliş yox, həm də yaxınlarına pul göndərmək də qəlizləşib. Bəlli olduğu kimi,  Azərbaycanın cənub rayonlarından dolanışıq dalınca Rusiyaya üz tutanlar kifayət qədər çoxdur. Və indi onlar yaxınlarına Novruz bayramı ərəfəsində pul göndərə bilmirlər.

"Oğlanlarımın ikisi də Rusiyadadır. Burada rus məktəbində oxuyublar, ali təhsil aldılar. İş tapa bilmədilər, getdilər Rusiyaya. Yaxşı işləri var. İndi vəziyyət yaxşı deyil". Bunu adının çəkilməsini istəməyən Lənkəran rayon sakini deyir. O, sözünə belə davam edir: "Novruz bayramı (20-21 mart) ərəfəsində həmişə pul göndərərdilər. Bayramı keçirdirdim. Bu il isə hələ pul göndərə bilməyiblər. İki dəfə pul göndərmək istəyiblər, alınmayıb. Onlarla danışıram. Deyirlər ki, hər şeyi demək olmur, qulaq asırlar. Ona görə mən də bilmirəm, onlar necədirlər? Rusiyadan rubl gəlir, hesablayıb Azərbaycan manatı verirlər. Oradan kimsə bir tanış adam gələndə nağd rus pulu gətirir, bazarda dəyişirəm".

Qeyd edək ki, Azərbaycanla Rusiya arasında sərnişin qatarları koronavirus pandemiyası nəticəsində dayandırılmışdı və həmin reyslərin nə vaxt bərpa ediləcəyi məlum deyil.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"