"Rusiya bundan sonra Avropa Şurasında yer almayacaq" - Rusiya XİN

10 mart, 2022 11:58

“Rusiya bundan sonra Avropa Şurasında yer almayacaq”.

TASS xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən qeyd olunub ki, Rusiyaya dost olmayan Avropa İttifaqı ölkələri Moskvaya qarşı ayrı-seçkilik siyasəti həyata keçirirlər.

“Hadisələrin gedişatı dönməz xarakter alıb. Biz ABŞ-ın beynəlxalq hüquq normalarını tapdalamasına, kollektiv Qərbin təxribatçı ritorikasına dözmək niyyətində deyilik”, - Rusiya XİN-dən vurğulanılb.