"Qərb onları Ankaraya qarşı təhrik etməsəydi, Rusiyanın enerji kartı güclü olmayacaqdı"  - Türkiyəli ekspert

10 mart, 2022 12:19

Yozgat Bozok Universiteti Beynəlxalq əlaqələr şöbəsinin müəllimi, siyasi şərhçi Dos.Dr. Mustafa Özalpın yeenisabah.az-a müsahibəsi:

- İsrail prezidenti Yitzhak Herzoq 15 ildən sonra Türkiyəyə səfəri, sizcə, iki ölkə arasında bütün iti bucaqları hamarlayacaqmı?

- İsrail prezidentinin Türkiyəyə səfəri rəmzi olmaqla yanaşı, həm də çoxmənalıdır. Onun Türkiyəyə səfəri həm iki ölkə arasındakı əlaqələr, həm region, həm də bütün dünyanın siyasi, iqtisadi və sosial-mədəni tarazlıqları baxımından böyük əhəmiyyət kəsb edir.

Türkiyə ilə İsrail arasında münasibətlərin korlanmasının bir çox səbəbi var. Onları 3 əsas başlıq altında ümumiləşdirsək, birincisi “Mavi Mərmərə” hadisəsidir. 2010-cu ildə Türkiyədən Fələstinə yardım gətirmək üçün yola düşən gəmilərdə İsrailin beynəlxalq sularda açdığı atəş nəticəsində 10 könüllü həlak olub, onlarla insan yaralanıb.

İkincisi, İsrailin fələstinlilərə qarşı qırğınlar törətməsi və iki dövlətli həllə yanaşmaqdan imtina etməsidir. Üçüncü səbəb Aralıq dənizininin şərqində dəniz yurisdiksiyası ərazilərinin delimitasiyasında Türkiyənin istisna edilməsidir.

İki ölkə arasında diplomatik münasibətlər 2010-cu ildən bəri ən aşağı səviyyədə olsa da, qarşılıqlı səfirlər geri çağırılıb. Herzoqun Türkiyəyə səfəri Türkiyəyə ilk yüksək səviyyəli səfərdir. İki ölkə arasında problemlər o qədər böyük idi ki, ikitərəfli əlaqələr demək olar ki, yox idi. Bu səfər və İsrail xarici işlər nazirinin yaxın günlərdə Türkiyəyə gəlişi, ardınca Türkiyə XİN rəhbərinin İsrailə səfəri iki ölkə arasında siyasi və iqtisadi əlaqələri daha da artıracaq. Bu kontekstdə, qarşıdakı illərdə üç mühüm məsələ baş verə bilər:

Birincisi, İsrail Fələstin gərginliyini azaldacaq, İkincisi, Şərqi Aralıq dənizi enerji ehtiyatlarının Türkiyə vasitəsilə Avropaya nəqli çərçivəsində təşəbbüslərə start veriləcək, Üçüncüsü, KKTC-nin (Şimali Kipr) tanınmasına aparan diplomatik proses başlayacaq.

- Yitzhak Hertzoqun gəlişindən öncə Türkiyə Prezident Ərdoğanın səsləndirdiyi bir fikir var. O təklif etmişdi ki, "EastMed" kəməri Türkiyə ərazisindən keçsin. Bu təklifin reallaşması mümkündürmü?

- Herzoqu Türkiyəyə gətirən təyyarədəki zeytun budağı rəsmi, eləcə də türk, ivrit və ingilis dillərində "sülh" sözləri və Herzoqun mətbuat konfransında sülhə diqqət yetirərək çıxışı iki ölkə arasında böyük bir tarixi çevrilmənin olacağını göstərir.

Bu çərçivədə Aralıq dənizinin şərqində enerji ehtiyatlarının, xüsusilə də İsrail və Misir yaxınlığındakı neft və qaz ehtiyatlarının Türkiyə vasitəsilə Avropaya nəqli iki ölkə arasında əlaqələrin inkişafı üçün lokomotiv rolunu oynayacaq. Çünki 2004-cü ildən, yəni Kipr Rum Administrasiyası (Kipr Respublikası) Aİ-yə qəbul olunduğu vaxtdan bu günə qədər həm Yunanıstan, həm də Cənubi Kipr Türkiyəyə qarşı təxribatlarla Qərbin ərköyün övladı rolunu oynayıb. Onların özləri (İsrail-Qərb) bu günə qədər bu siyasətlərindən heç bir xeyir görmədilər. Əksinə, Qərb yönümlü İsrail-ABŞ-Aİ 2004-cü ildən həyata keçirilən Şərqi Qara dəniz siyasətindən bir xeyli zərər çəkib.

Əgər Qərb İsrail tərəfindən dəstəklənən Yunanıstan və yunan Kipri Türkiyəyə qarşı təhrik etmək əvəzinə, Aralıq dənizində qarşılıqlı qazanc çərçivəsində əməkdaşlıq edib, hövzənin enerji ehtiyatlarını Türkiyə vasitəsilə Avropaya nəql etsəydi, o cümlədən Avropanın Rusiya qazından asılılığını minimuma endirsəydi, Rusiya bu gün Ukraynaya hücum etməyə cəsarət edə bilməzdi. Başqa sözlə, Rusiyanın enerji kartı çox güclü olmaya bilərdi.

ABŞ Geoloji Araşdırmalar Mərkəzinin təxmini məlumatlarına görə, Şərqi Aralıq dənizində təxminən 30 milyard barel neftə bərabər, bazar dəyəri 1,5 trilyon dollar olan neft-qaz ehtiyatları mövcuddur. Bu həcmin Türkiyənin 575, Aİ-nin isə 30 illik təbii qaz ehtiyacına uyğun gəldiyi bildirilir.

ABŞ-ın daha əvvəl “Eastmed" boru kəmərinin tikintisindən vaz keçdiyini və bu xəttin onsuz da iqtisadi cəhətdən sərfəli olmadığını bəyan etməsi, Aralıq dənizi enerji ehtiyatlarının Türkiyə vasitəsilə Qərbə yeganə marşrut kimi nəql edilə bilməsi, Türkiyənin mərkəz ölkə olması istiqamətində çəkisini artıracaq. Bölgəsində artma ehtimalı olan Türkiyənin bu nüfuzu, Şərqi Avropa və Balkanlardan Avropaya əks olunsa da, Qafqazdan Orta Asiyaya, o cümlədən Xəzər regionundakı türk cümhuriyyətlərinə müsbət təsirlər yaradacaq.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"