Türkiyədə Lavrovla Kulebanın görüşü başladı - FOTOLAR
Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə Rusiya və Ukrayna XİN başçılarının görüşü olacaq.
“RİA Novosti”-nin istinadən məlumatına görə, Sergey Lavrovla Dmitri Kuleba danışıqlar üçün Moskva vaxtı ilə təxminən 10:45-də (Bakı vaxtı ilə 11:45) Antalyaya gələcək, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə protokola əsasən, onlarla görüşəcək. Bu, Rusiya və Ukrayna XİN rəhbərləri arasında Rusiyanın hərbi əməliyyatı başlayandan bəri ilk görüş olacaq.
***
İclasın saat 11:00-da (Bakı vaxtı ilə 12:00) başlaması gözlənilir.
Görüşün keçiriləcəyi məkanın bayraq dirəklərində Rusiya və Ukrayna bayraqları yan-yana asılıb.
***
Antalyada Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitri Kuleba arasında üçtərəfli görüş başlayıb.