Ermənistanın XİN rəhbəri Türkiyəyə gedir - SƏBƏBLƏR

10 mart, 2022 17:12

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Türkiyəyə rəsmi səfərə yollanır.

Bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan öz rəsmi tviter hesabında paylaşıb.

Məlumata görə, Mirzoyan martın 10-dan 12-nə qədər Türkiyədə səfərdə olacaq və Antalya Diplomatiya Forumunda iştirak edəcək. Mirzoyanın Antalyada bir neçə görüş keçirməsi də planlaşdırılır.