İsveç hərbi xərclərini niyə artırır?

10 mart, 2022 17:17

İsveç hökuməti müdafiə büdcəsini ÜDM-in 2%-nə qədər artırmaq qərarına gəlib.

TASS xəbər verir ki, bu barədə İsveçin baş naziri Maqdalena Andersson mətbuat konfransında bildirib.

O deyib: "İsveçin müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə gücləndiriləcək. Hərbi müdafiəyə ayrılan vəsaitlər ÜDM-in 2%-inə qədər artacaq və buna praktiki olaraq mümkün olan kimi nail olacağıq. Həmçinin, sabit, uzunmüddətli və həmrəylik maliyyəsini təmin etməliyik".

İsveç 2021-2025-ci illər üçün hərbi ayırmaları artıq 27,5 milyard kron (3,11 milyard dollar), yəni əvvəllər planlaşdırılandan 40% artırıb. 2014-2025-ci illər üçün artım 85% təşkil edib ki, bu da 1950-ci illərdən bəri bütün zamanların ən böyük artımıdır.