Tramp nüvə müharibəsindən danışdı - "Ukrayna prosesləri göstərir ki..."

10 mart, 2022 21:55

Dünyada nüvə müharibəsinin və üçüncü dünya müharibəsinin başlanması təhlükəsi var.

Bu barədə ABŞ-ın eks-prezidenti Donald Tramp “Full Send Podcast” şousunda bəyan edib.

Tramp nüvə müharibəsi təhlükəsini ciddi adlandırıb və belə bir fikir işlədib ki, amerikalılar bundan qorxmalıdırlar, çünki ölkəni "qeyri-kompetent" insanlar idarə edirlər. Bundan başqa, eks-prezidentin fikrincə, üçüncü dünya müharibəsinin inkişafı riski mövcuddur, çünki ABŞ-a "daha hörmət etmirlər".

Ukrayna prosesləri açıq göstərir ki, artıq dünyada üçüncü dünya müharibəsi başlayıb - Rusiya dünyaya müharibə "nəğməsi" ifa edir.