"Western Union" Rusiyada və Belarusda fəaliyyətini dayandırır

10 mart, 2022 21:57

Populyar pul köçürmə sistemi olan “Western Union” Rusiya və Belarusda fəaliyyətini dayandırır.

TASS xəbər verir ki, bu barədə şirkətdən verilən məlumatda bildirilib.

Məlumata görə, qərar Ukraynada baş verənlər fonunda qəbul edilib.

Qeyd edək ki, ötən gün “Visa” və “MasterCard” kimi maliyyə şirkətləri də Rusiyada fəaliyyətini dayandırdıqlarını açıqlayıb.