ABŞ ukraynalılara 50 milyard dollar ayıracaq

10 mart, 2022 22:03

ABŞ Rusiyanın hərbi müdaxiləsindən zərər çəkən ukraynalılara 50 milyard dollar humanitar yardım ayıracaq.

“Ukrinform” xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Kamala Harris Polşa prezidenti Anjey Duda ilə birgə mətbuat konfransı zamanı deyib.

"Biz humanitar yardımın çatdırılmasına kömək etmək üçün əlavə 50 milyard dollar ayırırıq”, -deyə Harris bildirib.  

Onun sözlərinə görə, vəsaitin ərzaq yardımı proqramından ayrılması planlaşdırılır.