Müharibə Ukraynaya nə qədər ziyan vurub?

11 mart, 2022 00:17

Rusiyanın hücumu nəticəsində indiyədək Ukraynaya 100 milyard dollardan artıq ziyan dəyib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko məlumat verib.

Onun sözlərinə görə, ölkəyə dəyən ziyanın məbləği böyükdür və müharibə bitəndən sonra bərpa prosesi uzun çəkəcək.

Ustenko, həmçinin bildirib ki, Ukraynadakı müharibə səbəbindən müəssisələrin 50%-i bağlanıb, qalanları isə öz imkanları daxilində işləyir.