ABŞ Ukraynaya "Patriot" kompleksləri göndərməyəcək - SƏBƏBLƏR

11 mart, 2022 10:10

“ABŞ yerli istehsalı olan “Patriot” zenit-raket komplekslərinin Ukraynada yerləşdirilməsinin mümkünlüyünü müzakirə etmir”.

“Strana” xəbər verir ki, bunu Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi brifinq zamanı deyib.

Onun sözlərinə görə, bu, ukraynalı həmkarlarına təlim keçmək üçün ABŞ ordusunun mövcudluğu demək olardı.

“Biz aydın olaraq bildirmişik ki, ABŞ qüvvələri Ukraynada döyüşməyəcək”, - deyə Kirbi əlavə edib.