Avropanın Rusiyaya qarşı növbəti sanksiya paketi sabah təqdim olunacaq

12 mart, 2022 00:14

Avropa Komissiyası Rusiyaya qarşı növbəti sanksiya paketini martın 12-də təqdim edəcək.

Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen məlumat verib.

“Sabah biz Rusiyanı təcrid etmək və resurslarını tükəndirmək üçün dördüncü tədbirlər paketini təqdim edəcəyik. Avropa İttifaqı Rusiyanı dünyadan təcrid etməyə çalışır”, - deyə Lyayen bildirib.