Rusiya neftindən daha çox kim asılıdır? - "The Washington Post"

12 mart, 2022 09:50

Rusiya Ukraynaya təcavüzünü davam etdirdikcə, ABŞ, Böyük Britaniya və Avropa Birliyi Moskvaya qarşı tətbiq olunan sanksiyaları daha da gücləndirir. Hazırda Rusiya təbii qazından və xam neftindən imtina edilməsi gündəlikdə duran ən vacib məsələdir. Artıq ABŞ və bəzi iri neft şirkətləri Rusiyadan neft tədarükünə embarqo qoyub, Avropa Birliyi ölkələrinin də belə bir addım atacağı gözlənilir.

ABŞ-ın “The Washington Post” qəzeti “Rusiya neftini kimlər tədarük edir” başlıqlı məqaləsində sözügedən mövzuya toxunub.

Həmin məqaləni təqdim edirik:

”Rusiyanın Ukraynaya təcavüzü bütün dünyada şok yaradıb. Ona görə də dünyanın aparıcı ölkələri ayağa qalxıb. Təcavüzkarı dayandırmaq üçün müxtəlif tədbirlər görülməyə başlayıb. İndi belə bir sual meydana gəlir: Putin rejiminə pul ödənilməməsi üçün dünya Rusiya neftindən qaçmalıdırmı? Rusiyadan neft məhsulları idxal edən ölkələr onun yerini doldurmaq üçün nə edə bilərlər?

Bayden administrasiyası Rusiyadan neft və təbii qaz alınmasına qadağa qoyub. Rusiya neftindən daha çox asılı olan Avropa Birliyi hələlik bu isqtiqamətdə hər hansı qərar qəbul etməyib. Amma buna baxmayaraq, Avropa Birliyi bu il Rusiyadan tədarük olunan təbii qazın həcmini xeyli azaldacağını bildirir.

Rusiya dünyanın iri neft ixracatçısıdır. Neft bazarı üzrə analitiklərin sözlərinə görə, Rusiyanın neft ixracı iri həcmli olduğu üçün onun yerinin kompensasiya edilməsi asan deyil və bu, müxtəlif çətinliklər yaradır. Digər tərəfdən isə Rusiya neftindən imtina edilməsi dünya bazarlarında yüksək qiymətlərə və iqtisadi böyümənin ləngiməsinə səbəb olur.

2021-ci ildə Rusiyanın gündəlik neft hasilatı 11,3 milyon barrel olub. Rusiya nefti əsas etibarı ilə Şərqi Sibirdə, Yamalda və Tatarıstanda çıxarılır. Neft ixracına görə Rusiya dünyada birinci yerdə gedir və hasil etdiyi xam neftin 7 milyon barrelini ixrac edir. 2021-ci ildə Rusiya 36 ölkəyə xam neft ixrac edib və bundan 110 milyard dollar gəlir götürüb. Avropa Birliyinin idxal etdiyi neftin 25 faizi Rusiyanın payına düşür.

Avropa Birliyi ölkələri içərisində Rusiya neftindən asılılıq dərəcəsi ölkələrə görə fərqlənir. Avropa Birliyi ölkələri içərisində Slovakiya, Finlandiya və Litva istehlak etdikləri neftin əksər hissəsini Rusiyadan alırlar. Ümumiyyətlə isə Rusiya neftini ən çox alan ölkə Çindir. 2021-ci ildə Rusiyadan ən çox neft alan ikinci ölkə Niderland olub (17,3 milyard dollar dəyərində), üçüncü yeri isə 9,3 milyard dollarlıq neft tədarükü ilə Almaniya tutub.

Rusiya neftinin idxalatçıları sırasında ABŞ da yer alır. Co Bayden administrasiyası Rusiyadan gələn neftə və qaza embarqo qoyub. Ümumiyyətlə isə keçən il ABŞ istehlakında Rusiya neftinin payı 3 faiz təşkil edib. Bu həcmin az olmasına baxmayaraq, Rusiya 2021-ci ildə Amerikaya tədarük etdiyi xam neftdən 3,7 milyard civarında gəlir götürmüşdü. Analitiklər deyirlər ki, ABŞ-ın neftayırma zavodları bu qədər nefti başqa yerdən də ala bilər. Məsələn, Havay adalarındakı “Par Pacific” neftayırma zavodu bildirib ki, Rusiyadan neft alışını dayandırır və digər tədarükçü axtarır.

Yuxarıda deyildiyi kimi, Rusiya neftinin ən böyük idxalatçısı Çindir. Belə ki, keçən il Çin Rusiyadan gündəlik 1,6 milyon barrel xam neft alıb. Rusiya 2021-ci ildə Çinə xam neft satan ikinci ölkə olub. Rusiyanın satışa çıxardığı neftin 30,6 faizini Çin tədarük edir. Çinin aldığı neftin 15 faizi Rusiyadan gəlir. Çinə ən çox neft satan ölkə isə Səudiyyə Ərəbistanıdır.

Rusiya Mərkəzi Avropa və Şərqi Avropa ölkələrinə gündəlik 745 min barrel xam neft yollayır. Belarusun neft idxalının 95%-i, Macarıstanın 74 %-i, Litvanın isə 61 %-i Rusiyanın payına düşür.

Əgər digər neft ixrac edən ölkələr hasilatı artırarlarsa, o zaman Rusiya öz neft bazarının bir hissəsini itirə bilər. Qiymətlər hələ ki, çox yüksəkdir və neft treyderlər Rusiya neftinin 25-30 dollara satılmasında israrlıdırlar.

Vəziyyətdən çıxış yolu kimi Rusiya Çinə müraciət edə və ya diqqətlərini Hindistana yönəldə bilər. Hazırda Hindistan gündəlik 4,3 milyon barrel xam neft idxal edir ki, onun da yalnız 3 faizi Rusiyadan tədarük olunur. Unutmayaq ki, neft bazarında tədarükçünü başqası ilə əvəz etmək çox da asan iş deyil. Amma təbii qazdan fərqli olaraq, neft tədarükündə Avropanın Rusiyaya alternativ tapması nisbətən asandır. Əgər Avropa ölkələri Rusiya neftindən imtina edərsə və Moskva bunu başqa alıcı ilə kompensasiya edə bilməzsə, o zaman bu, Rusiya iqtisadiyyatını çöküşə sürükləyəcək”.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI