"5 maddəlik sənəddə Zəngəzur dəhlizi məsələsi də var" - Malxasyan

30 noyabr, 1987 00:00

Azərbaycanın Ermənistana 5 maddəlik təklif göndərməsi erməni cəmiyyətində maraqla qarşılanıb. 

Yerli media, siyasətçilər rəsmi Bakının bu siyasi gedişinin regionda yeni proseslərin başlanmasından xəbər veridiyini yazır.

Məsələni şərh edən siyasi şərhçi Derenik Malxasyanın sözlərinə görə, müharibənin bitməsindən 2 il keçməsinə baxmayaraq, hələ də Bakı İrəvan üzərində diktə edən tərəf kimi çıxış edir.

"Azərbaycan Ermənistana beş maddəlik təklif göndərib- Kapitulyasiya davam edir? Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, ölkəsi münasibətlərin normallaşması üçün Ermənistana 5 bəndlik sənəd göndərib və qarşı tərəfdən cavab gözləyirlər. Burada ən azı iki məqamı təxmin etmək çətin deyil. Birincisi, Qarabağın Azərbaycanın bir hissəsi kimi tanımaq. İkincisi isə Zəngəzur dəhlizini təmin etmək", - erməni siyasi analitik deyib.

Bəzi saytlar isə İrəvanın məlum sənədə müsbət cavab versə belə, bunu xalqla müzakirə etməyəcəyini yazıb.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakının Ermənistanla münasibətlərin normallaşması ilə bağlı qarşı tərəfə 5 maddədən ibarət təklif göndərdiyini və hazırda bununla bağlı cavab gözlədiyini bəyan edib. Onun sözlərinə görə, Ermənistan münasibətlərin normallaşmasını istəyirsə, bu, onlar üçün çox yaxşı fürsətdir.

"Bir ilə yaxındır ki, Ermənistan tərəfindən bizim təklifimizə heç bir cavab verilmir. Azərbaycan tərəfi öz xoşməramlılığını göstərmək üçün bu yaxınlarda Ermənistana yeni təkliflə çıxış edib. Əgər Ermənistan artıq atəşkəs üzərində işləməyə hazır olmadığını düşünsə, təklif çox əhatəli sənəd ola bilər, çünki biz Ermənistan tərəfinə mahiyyətcə ölkələr arasında münasibətlərin normallaşdırılmasını özündə ehtiva edən bəzi əsas prinsipləri təklif etmişik. Biz dövlətlər arasında münasibətlərin tənzimlənməsi ilə bağlı əsas prinsiplərə və ənənələrə uyğun olaraq rəy bildirmişik. Ermənistan bunlara baxıb öz fikrini bildirməlidir. Əgər Ermənistan səmimi şəkildə münasibətlərin normallaşmasını istəyirsə, bu, onlar üçün çox yaxşı fürsətdir. Ermənistanın cavabı tezliklə bəlli olacaq və biz təbii ki, bundan sonra müvafiq addımları atacağıq", - nazir deyib.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI