"5 maddəlik sənəddə Zəngəzur dəhlizi məsələsi də var" - Malxasyan

12 mart, 2022 13:18

Azərbaycanın Ermənistana 5 maddəlik təklif göndərməsi erməni cəmiyyətində maraqla qarşılanıb. 

Yerli media, siyasətçilər rəsmi Bakının bu siyasi gedişinin regionda yeni proseslərin başlanmasından xəbər veridiyini yazır.

Məsələni şərh edən siyasi şərhçi Derenik Malxasyanın sözlərinə görə, müharibənin bitməsindən 2 il keçməsinə baxmayaraq, hələ də Bakı İrəvan üzərində diktə edən tərəf kimi çıxış edir.

"Azərbaycan Ermənistana beş maddəlik təklif göndərib- Kapitulyasiya davam edir? Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, ölkəsi münasibətlərin normallaşması üçün Ermənistana 5 bəndlik sənəd göndərib və qarşı tərəfdən cavab gözləyirlər. Burada ən azı iki məqamı təxmin etmək çətin deyil. Birincisi, Qarabağın Azərbaycanın bir hissəsi kimi tanımaq. İkincisi isə Zəngəzur dəhlizini təmin etmək", - erməni siyasi analitik deyib.

Bəzi saytlar isə İrəvanın məlum sənədə müsbət cavab versə belə, bunu xalqla müzakirə etməyəcəyini yazıb.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakının Ermənistanla münasibətlərin normallaşması ilə bağlı qarşı tərəfə 5 maddədən ibarət təklif göndərdiyini və hazırda bununla bağlı cavab gözlədiyini bəyan edib. Onun sözlərinə görə, Ermənistan münasibətlərin normallaşmasını istəyirsə, bu, onlar üçün çox yaxşı fürsətdir.

"Bir ilə yaxındır ki, Ermənistan tərəfindən bizim təklifimizə heç bir cavab verilmir. Azərbaycan tərəfi öz xoşməramlılığını göstərmək üçün bu yaxınlarda Ermənistana yeni təkliflə çıxış edib. Əgər Ermənistan artıq atəşkəs üzərində işləməyə hazır olmadığını düşünsə, təklif çox əhatəli sənəd ola bilər, çünki biz Ermənistan tərəfinə mahiyyətcə ölkələr arasında münasibətlərin normallaşdırılmasını özündə ehtiva edən bəzi əsas prinsipləri təklif etmişik.

Biz dövlətlər arasında münasibətlərin tənzimlənməsi ilə bağlı əsas prinsiplərə və ənənələrə uyğun olaraq rəy bildirmişik. Ermənistan bunlara baxıb öz fikrini bildirməlidir. Əgər Ermənistan səmimi şəkildə münasibətlərin normallaşmasını istəyirsə, bu, onlar üçün çox yaxşı fürsətdir. Ermənistanın cavabı tezliklə bəlli olacaq və biz təbii ki, bundan sonra müvafiq addımları atacağıq", - nazir deyib.

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR