Mariupol şəhəri tam blokadaya alınıb

12 mart, 2022 23:58

Ukraynanın Mariupol şəhəri Rusiya tərəfindən tam blokadaya alınıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa növbəti videomüraciətində məlumat verib.

Onun sözlərinə görə, şəhər gecə-gündüz atəşə tutulur.

“Rusiya qoşunları Mariupolu raketlərlə vurur. Onlar Mariupolda hətta doğum evini vurublar. Xəstəxanalar məhv edilir”, - deyə Zelenski bildirib.