Qarabağdakı terrorçu rejimin "məmurları" Xankəndini tərk edirlər?

13 mart, 2022 01:44

Telegramın Ermənistan seqmentində yayılan məlumatlarda bildirilir ki, separatçı rejimin “məmurları” və onların ailə üzvləri Qarabağdan qaçırlar.

Ermənistanın telegram kanallarında qeyd olunur ki, hazırda ermənilərlə azərbaycanlıların təmas xəttinin müxtəlif bölmələrində gərginlik artıb. Bu səbəbdən də separatçı rejimin “məmurları” Ermənistana köçürülür.

Qeyd olunur ki, separatçı rejimin “prezidenti” “Milli Təhlükəsizlik Xidmətinə” məlumatın dərhal dəqiqləşdirilməsi haqqında tapşırıq verib. Qondarma rejimin "prezidenti" bildirib ki, belə halın baş verməsi dəqiqləşərsə, həmin "məmurlar" ictimaiyyət qarşısında cəzalanacaq.