"Ermənilər ölkəni tərk edəcək, Paşinyan siysi böhrana düşəcək" - MÜSAHİBƏ

13 mart, 2022 10:38

İranın Azərbaycandakı keçmiş səfiri, politoloq Əfşar Süleymaninin yenisabah.az-a müsahibəsi:    

- Azərbaycanla İran arasında imzalanan Anlaşma Memorandumunu necə qiymətləndirirsiniz?

- İran və Azərbaycan tarixən qonşu olub və bu qonşular arasında bütün sahələrdə sıx işbirliyi olmalıdır. Azərbaycan hökuməti ilə İran hökuməti arasında İranın ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu kimi müştərək iqtisadi layihələr işləməli və həyata keçirilməlidir.

- Sizcə, Zəngəzurdan keçməsi nəzərdə tutulan dəhlizin İran ərazisindən keçməsinə səbəb nə oldu?

- Memorandumun məqsədi Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan MR arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir ki, bu da tərəflərin xeyrinədir. 

Belə layihələrin həm iqtisadi, həm siyasi əhəmiyyəti var, eyni zamanda iki xalqın iqtisadi, sosial rifahının yaxşılaşması deməkdir. Xüsusən də sərhədyanı əhali üçün. Belə iqtisadi əlaqələr iki ölkə, xalqlar arasında əlaqələri daha da möhkəmləndirəcək. Bu əlaqələr başqa sahələrdəki əlaqələrin həm genişlənməsinə, həm də möhkəmlənməsinə gətirib çıxaracaq. Eyni zamanda sərhədlərimizin təhlükəsizliyinə zəmanət olar, regionun sabitliyində də müsbət təsiri ola bilər.

- İranın bu regional layihədən qazancı nə olacaq? Hansı ölkələr bu dəhlizdən yararlana biləcək?

- İranın Naxçıvanın Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərclərini öz üzərinə götürməsi təqdirəlayiqdir. Ermənistanin gecikməsi səbəb oldu ki, bu sənəd İranla imzalansın və Türkiyə də bundan bəhrələnəcək. Bu 3 ölkənin iqtisadi və regional inteqrasiyasına gətirib çıxaracaq, bu da ECO təşkilatının daha səmərəli olmasına yardım edəcək. İran da bu layihədən ekonomi, ticarət və nəqliyyatin inkişafi istiqamətində xeyir götürəcək. Bundan əlavə region ölkələridə həmin istiqamətlərdə öz qazanclarını götürəcəklər. Bu anlaşma ümumilikdə regionun təhlükəsizliyinin və xalqlarının rifahının xeyrinədir.

- Necə düşünürsünüz, Ermənistan ərazisindən keçəcək dəhliz artıq gündəmdən çıxdımı, yoxsa, gələcəkdə daha bir yol Ermənistan ərazisindən də keçə bilər?

- Ermənistanın bu kimi məsələlərdən kənarda qalması onun ziyanınadır. Hər halda Ermənistan üçün daha vacibdir ki, bu layihələrə qoşulsun. Çünki nə qədər uzaqda qalsa bir o qədər inkişafdan geri qalacaq və Ermənistan xalqı da problem yaşayacaq, ermənilər daha çox ölkəni tərk edəcəklər, Paşinyan da siysi böhrana düşəcək, özəlliklə də Rusiya indiki durumda Ermənistana o qədər də kömək edə bilməyəcək.

- Bir müddət əvvəl Azərbaycanla İran arasında münasibətlərdə problemlər vardı. Sizcə o problemlər həll olundumu? Bu imzalanma ilə qonşuluq münasibətlərinin normal məcraya düşdüyünü demək olarmı?

- Mən həmişə demişəm, bir daha deyirəm. Nə qədər ki, belə planlar həyata keçsə və şəffaflıq olsa İran-Azərbaycan əlaqələri də dərinləşəcək və möhkəmlənəcək. Əlbəttə dünyada və regionda keçən olaylarda öz təsirini göstərir. Amma iki ölkə lidərləri və ölkənlərin müvafiq qurumları bu olayların mənfi təsir göstərməsinin qarşısını almalıdırlar.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"