"Putin Ukraynada qalib gəlsə, növbəti hədəfi Litva olacaq" - "QORDON" nəşri

13 mart, 2022 16:27

"Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə müharibədə qələbə qazanacağı təqdirdə növbəti işğal etmək istədiyi ölkə Litva olacaq", - bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Ukrayna kəşfiyyatının məlumatlarına istinadən bəyan edib.

Bu barədə "QORDON" internet-nəşrinin müxbiri məlumat verib.

Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Jozep Borrel martın 12-də "CNN Türk" telekanalına verdiyi müsahibəsində deyib ki, Avropa və NATO Ukraynaya dəstək verir, lakin "böyük müharibənin qarşısını almağa cəhd edir". O, ehtiyat edib ki, Rusiya prezidenti Putin "öz hərbi fəaliyyətini genişləndirə və NATO ölkələrinə hücum edə bilər".

Danilov hesab edir ki, bu ölkə Litva ola bilər.

"Bizim anladığımız qədər və kəşfiyyatımızın məlumatlarına əsaslanaraq söhbətin Litvadan getdiyi aydın olur. Rusiya dayanmaq fikrində deyil. Onun növbəti məqsədi var. Allah eləməsin, bu müharibədə qalib gəlsə, Putinin işğal etmək istədiyi növbəti ölkə Litva olacaq", - Danilov bəyan edib.

Onun sözlərinə görə, daha sonrakı hədəflər digər Baltikyanı ölkələr və Polşa ola bilər.

"Hər şey NATO-nun davranışından asılı olacaq. Bu gün onun davranışı bir qədər təəccüblüdür. Bu alyansa daxil olan ölkələr hesab edir ki, bu tale onlardan yan keçəcək. Bizim çiyinlərimizdə təkcə Avropanın deyil, Avropada yerləşən NATO ölkələrinin də təhlükəsizliyi dayanıb", - Danilov belə hesab edir.

"Biz bunu anlayırıq, biz xahiş edirik ki, bizə yardım etsinlər. Siz döyüşmək istəmirsiniz, biz özümüz döyüşməyə hazırıq. Bizə düşməni məhv etmək üçün müasir silahlar verin. Bu gün bizim sizdən xahiş edəcəyimiz tək budur", - o, sözlərinə yekun vurub./Moderator.az

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"