Azərbaycan son beş ildə ən çox silahı hansı ölkədən alıb? - - SIPRI

14 mart, 2022 09:42

Stokholmun dünya problemlərini araşdıran Beynəlxalq İnstitutu (SİPRİ) 2017-2021-ci illər üçün qlobal silah ticarətinin vəziyyəti haqqında yeni hesabat dərc edib.

Hesabata əsasən dünyada ABŞ və Rusiya əsas silah ixracatçıları olaraq qalırlar.

Hesabata görə, 2012-2016-cı illərlə müqayisədə 2017-2021-ci illərdə dünyada silah ticarətinin ümumi həcmi 4,6% azalıb. Eyni vaxtda Avropa, Şərqi Asiya və Okeaniyaya hərbi məhsulların idxalı isə artıb.

ABŞ və Fransada hərbi ixracatda ciddi artım müşahidə olunub. Avropaya silah idxalı 19%, Şərqi Asiya regionuna 20%, Okeaniyaya isə 59% artıb.

2017-2021-ci illərdə Rusiya 45 ölkəyə silah tədarük edib. Amerika 2012-2016-cı illərlə müqayisədə ixracatı 2017-2021-ci illərdə 14% artıraraq qlobal həcmdəki payını 32%-dən 39%-ə yüksəldib.

Müvafiq illərdə Fransa hərbi ixracını artıraraq qlobal həcmdəki payını 11%-ə çatdırıb. Bu da ona dünya reytinqindəki üçüncü yeri təmin edib. 2017-2021-ci illərdə silah ixracı reytinqində Çin dördüncü, Almaniya isə beşinci yerdə qərarlaşıb.

Azərbaycan isə 2017-2021-ci illərdə silah idxalına görə dünyada 37-ci yeri tutub. Araşdırmaya əsasən, göstərilən dövrdə Azərbaycanın əsas silah təchizatçıları İsrail (61%), Rusiya (22%) və Belarusdur (6,6%).

Qeyd edək ki, Azərbaycan İsraildən AIL Storm (“Sufa”) nəqliyyat vasitəsi, 160 mm-lik Lynx LAR və Lynx Extra raket sistemləri, 155 mm-lik “Atmos-2000”, “Semser” haubitsası, 120 mm-lik “Cardom” minaatanı, İMİ Shipon və “Spayk” tank əleyhinə raketləri, UZİ markalı tapança-pulemyot, Tavor TAR-21 və Tavor MTAR-21 kimi avtomat tüfəngləri, “Harop” silahlarını, “Heron” və “Hermes” tipli pilotsuz uçuş aparatlarını, “Barak-8” ZRK raketini, “Sand Cat” və “Samson MLS” döyüş modulu 4×4, 6×6, 8×8 təkər formuluna malik döyüş maşınlarını, T-72SİM1 tankını, hava hücumuna və raket hücumlarına qarşı “Dəmir gümbəz” komplekslərini alıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"