"Z" hərfinin mənası nədir və o niyə simvola çevrildi?

14 mart, 2022 12:00

Rusiyalı gimnast İvan Kulyak idman formasının sinəsinə "Z" hərfi yapışdırandan sonra bu ölkənin Ukraynaya qarşı müharibəsinə dəstək anlamı qazanmış simvol bir daha gündəmə gətirdi. Rus əlifbasında olmayan "Z" hərfi hardan və niyə peyda oldu?

"Z" hərfi Rusiyanın başlatdığı müharibəyə dəstək simvoluna çevrilib. Bu nişanı ölkənin küçələrində, nəqliyyat vasitələrində, dayanacaqlarda, siyasətçilərin paltarlarında görmək olar.

RUSI təhlil mərkəzinin Avrasiya üzrə mütəxəssisi akademiki Emily Ferris "Z" hərfinin asanlıqla tanınan və güclülük imic yaradan bir simvol olduğunu qeyd edir.

"Təbliğat maşını sayəsində çox sadə şeylər belə çox sürətlə yayıla bilər" - Ferris belə deyir.

Hərbi əməliyyatların gedişatında bu hərf Putinə dəstək simvoluna çevrilib. Hətta onun yeni rus kimliyinin simvolu olduğunu söyləyənlər də var. Kazan şəhərindəki xəstəxanalardan birində 60 uşaq və bir işçi bu hərfi qar üzərində yazaraq şəklini paylaşıblar.

"Z"-nin nə demək olduğuna dair çoxsaylı nəzəriyyələr yaranıb. Ən populyar olanı Ukrayna prezidenti Zelenskinin hədəfə alınmasıdır. Bu hərf hücumun ilk günlərində Rusiya qoşunlarına məxsus hərbi maşınların üzərində göründü və sosial medianın diqqətini çəkdi. Əvvəlcə bunun "2" rəqəmi olduğu düşünüldü. Çünki 22.02.2022-ci il tarixində Rusiya Donbasdakı separatçılarla əməkdaşlıq müqaviləsi imzalamışdı.

Amma indi daha inandırıcı hesab olunan versiya budur ki, "Z"-ni döyüş vaxtı Rusiyaya məxsus texnikanı fərqləndirmək üçün yazırlar. Amma Kremlin nəzarətində olan "Birinci kanal"da bu hərfin əvvəllər də hərbi texnikanın üstünə yazıldığı bildirilib. Hakimiyyətyönlü "Tsarqrad" saytı isə qeyd edib ki, ordu dost zərbələrinin qarşısını almaq üçün ondan istifadə edir. "University College London"un əməkdaşı Aglaya Snetkova "Z"-nin simvola çevrilməsində Putinin rejiminin də iştirak etdiyini düşünür.

O hesab edir ki, Kreml simvolun yayılmasına bilərəkdən şərait yaradır. Bu simvol Ukraynadan canlı yayım edən Rusiya jurnalistlərinin yaxasında da müşahidə olunub. Simvollara əsaslanan bir təbliğat kampaniyası aparılır. Qələbə simvolu olan "V" hərfi də Kiril əlifbasında yoxdur, amma Rusiyanın rəsmi orqanları paylaşımlarında ondan istifadə ediblər.

Sosial şəbəkələrdə "Z" hərfinin nasizm simvolu olan svastikaya çevrilmiş forması da paylaşılıb.

BBC Azərbaycan

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"