BMT baş katibi nüvə müharibəsinin mümkünlüyünü təsdiqlədi

14 mart, 2022 22:47

BMT-nin baş katibi Antonio Quterreş nüvə münaqişəsi perspektivinin bir daha mümkün olduğunu deyib. Onun martın 14-də çıxışı təşkilatın saytında yayımlanıb.

"Rusiya nüvə qüvvələrinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi qan donduran hadisədir. Əvvəllər ağlasığmaz olan nüvə münaqişəsi perspektivi indi yenidən mümkündür. Nüvə obyektlərinin təhlükəsizliyi də qorunmalıdır", - Quterreş jurnalistlərə bildirib.