Ərdoğanın yeni rəqibi - Müxalifət onu vahid namizəd seçir

14 mart, 2022 23:26

Türkiyənin müxalifət partiyaları prezidentliyə vahid namizəd axtarışına başlayıb.

Türkiyə mediası xəbər verir ki, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu artıq öz namizədini müəyyənləşdirib. Belə ki, Kılıçdaroğlunun ölkənin sabiq baş naziri, Gələcək Partiyasının sədri Əhməd Davudoğlunun prezidentliyə namizəd olması təklifini dəstəklədiyi bildirilir.

Gələcək Partiyasının sədr müavini Mustafa Gözəlin sözlərinə görə, CHP liderinin namizədi məhz Davudoğludur. Digər müxalifət partiyalarının da Davudoğlunun namizədlik təklifinə isti yanaşdığı deyilir.

Doğrudur, hələlik bu barədə partiyalar tərəfindən rəsmi qərar verilməyib. Bununla belə, keçmiş baş nazirin müxalifətin vahid təmsilçisi kimi seçkilərə qatılma ehtimalı yüksək qiymətləndirilir.

Məlumat üçün bildirək ki, Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu AKP-dən ayrıldıqdan sonra özünə yeni müxalif partiya yaradıb. Ötən ilin dekabrın 13-də Ankarada Gələcək Partiya adlı siyasi təşkilatın təqdimatı keçirilib. Partiyanın təsisçiləri 154 nəfərdən ibarətdir. Onlardan bir hissəsi hakim Ədalət və İnkişaf Partiyasından istefa verən şəxslərdir. Gələcək Partiyanın şüarı belədir: “Bizim bir gələcəyimiz var”. 

1959-cu ilin fevralın 26-da anadan olan Ə.Davudoğlu 2009-2014-cü illərdə Türkiyənin xarici işlər naziri, 2014-2016-cı illərdə baş naziri vəzifəsini tutub. 2014-2016-cı illərdə hakim Ədalət və İnkişaf Partiyasınn sədri olub. 2016-cı ilin mayın 22-də baş nazir vəzifəsindən istefa verib.

O, 2019-cu ilin sentyabrın 13-də Ədalət və İnkişaf Partiyası üzvlüyündən çıxıb. 

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin 6 müxalifət partiyasının liderləri ilk dəfə bir araya gəlib. Görüş CHP lideri Kamal Kılıçdaroğlunun dəvəti ilə baş tutub. Toplantıda İYİ Partiya sədri Meral Akşener, Səadət Partiyasının sədri Temel Karamollaoğlu, Demokrat Partiyasının sədri Gültekin Uysal, DEVA Partiyasının sədri Əli Babacan və Gələcək Partiyasının sədri Əhməd Davudoğlu iştirak ediblər.

Görüş zamanı seçkilərlə bağlı əməkdaşlıq imkanlarının öyrənilməsi, prezidentliyə vahid namizədin necə təyin olunacağı kimi məsələlərin müzakirəsi həyata keçirilib.

Onu da xatırladaq ki, Türkiyədə 2023-cü ilin iyun ayında növbəti prezident seçkiləri keçiriləcək. Seçkilərə bir ildən çox vaxt qalmasına baxmayaraq, Türkiyə cəmiyyətində indidən müzakirələr qızışıb, prezidentliyə iddia edən bəzi namizədlər ortaya atılıb.

Hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın seçim şansı rəqiblərinə nisbətdə daha yüksək qiymətləndirilir. Ehtimal olunur ki, o növbəti seçkidən də qalib ayrılaraq, yenidən Türkiyənin prezidenti postuna seçiləcək.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"