Qurbanqulu Berdiməhəmmədovun oğlu prezident seçildi - FOTO

15 mart, 2022 11:42

Türkmənistanda keçirilən prezident seçkisinin nəticələri elan olunub.

“RİA Novosti” xəbər verir ki, bu barədə Türkmənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Bildirilir ki, seçki nəticələrinə əsasən, Serdar Berdiməhəmmədov 72,97% səslə qalib gəlib.

Qeyd edək ki, S.Berdıməhəmmədov Türkmənistanın hazırkı prezidenti Qurbanqulu Berdiməhəmmədovun oğludur.