Rusiya neftini alan olmadı, tender ləğv edildi - "Bloomberg"

15 mart, 2022 15:09

“Urals” markalı Rusiya neftinin satışına dair daha bir tender baş tutmayıb.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Bildirilir ki, ötən gün keçirilməli olan tenderə Rusiyanın “Zarubejneft” dövlət şirkəti cəmi 600 min ton olmaqla 6 partiya neft çıxarmışdı. Şərtə görə neft müştəriyə ilin ikinci yarısında göndərilməli idi. Lakin bu nefti almaq üçün heç bir müştəri müraciət etməyib, potensial müştərilər iştirak üçün tenderdə qeydiyyatdan keçməkdən imtina ediblər və nəticədə tender baş tutmamış sayılıb.

Bundan əvvəl isə “Surqutnefteqaz” şirkəti “Transneft” şirkətinin Baltik limanlarından 8 tanker yükü həcmində  “Urals” neftini satışa çıxarmışdı, amma alıcı tapılmadığından tender ləğv edilmişdi. Rusiyanın “Rusneft” dövlət şirkətinin də hasil etdiyi neftə müştəri tapmaqda çətinlik çəkdiyi bildirilir. “İnterfaks” agentliyinə danışan mənbə deyib ki, əsas problem müştərilərin nefti daşımaq üçün tanker tapa bilməməsidir. Çünki heç bir şirkət Rusiya neftini daşımaqla sanksiyalar riski ilə üzləşmək istəmir, ümumiyyətlə potensial müştərilər də Rusiya neftini kifayət qədər toksik hesab edərək ondan uzaq durmağa çalışırlar.

Xatırladaq ki, ABŞ və Böyük Britaniya Rusiya neftinin alışını dayandırıb, Avropa İttifaqı isə “Rosneft”, “Transneft” və “Qazpromneft” şirkətlərinə qarşı yeni sanksiyaların anonsunu verib.

TASS bildirir ki, hazırda “Urals” markalı Rusiya nefti “Brent” markalı neftlə müqayisədə 29 dollar ucuz təklif edilir. Hazırda “Brent” neftinin bazar qiyməti 105 dollardan aşağıdır.

Vəziyyət bu cür ağır olsa da Rusiya neftinin ənənəvi müştərilərindən olan “Indian Oil” Hindistan şirkəti 3 milyon barrel “Urals” neftini alıb. Şirkət bunu sanksiyaların pozulması kimi qiymətləndirmir, bildirir ki, sanksiyaların təsiri altında olan Rusiya şirkətləri ilə əməkdaşlıq etmir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"