"NATO-ya daxil ola bilmərik" - Ukrayna Prezidenti

15 mart, 2022 18:04

“NATO-ya daxil ola bilmərik. Biz bunu etiraf etməliyik”.

Bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Ukrayna NATO müqaviləsinin 5-ci maddəsini aktivləşdirmək niyyətində deyil. Mən şadam ki, xalqımız bunu başa düşür. İnsanlarımız bizə kömək edən tərəfdaşlarımıza arxalanırlar”, - o deyib.

Dövlət başçısı həmçinin Rusiyanın Ukraynaya hücumundan da danışıb: “Rusiyanın “döyüş maşını” hələ də dayandırıla, insanların ölümünün qarşısı alına bilər”.