Azərbaycanlı milyarder sanksiyalardan yayına biləcəkmi?

15 mart, 2022 18:11

Ekspert: ““Lukoyl” sanksiyalarla üzləşərsə, Azərbaycandakı layihələrdə payını maliyyələşdirə bilməyəcək”

Rusiyaya qarşı sanksiyalar bu ölkənin böyük şirkətlərini və varlı insanlarını ciddi çətinliklər qarşısında qoyub. Onlardan bir çoxu birbaşa sanksiyaya məruz qalıb, digərləri isə dolayısı ilə bütün ölkəyə qarşı sanksiyaların mənfi təsirini hiss etməkdədir. Belə şirkətlərdən və Rusiya oliqarxlarından biri “Lukoyl” şirkəti və onun prezidenti Vahid Ələkbərovdur. Rusiyanın Ukraynaya hücumunun başlandığı ilk həftədə şirkətin qiymətli kağızları London birjasında 90 faizdən yuxarı dəyər itirdi. Nəticədə, Vahid Ələkbərov milyardlarla  dollar zərərə düşdü. Martın 3-dən isə London birjası Rusiya mənşəli şirkətlərin qiymətli kağızları ilə əməliyyatları dayandırdı. Rusiyanın öz səhm birjaları Ukraynaya hücum başlanandan işin dayandırıb.  

Avropa və ABŞ arasında aparılan müzakirələrdən açıq hiss olunur ki, tezliklə Rusiyanın neft satışına ciddi məhdudiyyətlər tətbiq olunacaq. Bundan əvvəl isə Qərb ölkələri Rusiyaya neft-qaz hasilatı və emalı sənayesində istifadə oluna mal və materialların, yeni texnologiyaların ixracını qadağan ediblər. Bu isə “Lukoyl”un Afrikadan tutmuş, Azərbaycana qədər çoxsaylı layihələrinin icrasında ciddi fasilələrin yaranması ehtimalı formalaşdırır. 

Qeyd edək ki, “Lukoyl” Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir və ölkə ərazisində iki törəmə müəssisə ilə təmsil olunur. 2021-ci ildə "Lukoyl" Azərbaycanın ən böyük qaz-kondensat yatağı olan "Şahdəniz"in işlənməsi layihəsindəki payını  “Petronas” şirkətinin hesabına 9,9 faiz artırmaqla 19,9 faizə çatdırıb. Bu, şirkətə 1,45 milyard dollara başa gəlib. Şirkət “Şahdəniz” qazını Avropa bazarına çatdıran Cənub Qaz Dəhlizi layihəsində də eyni həcmdə paya malikdir. 

“Lukoyl” yalnız “Şahdəniz”də payını artırmaqla kifayətlənmir. Şirkət 2021-ci ildə bp-nin Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron Yarımadasının Dayazsulu Hissəsində yerləşən kəşfiyyat layihəsindəki payının 25 faizini almaq barədə sövdələşmə imzalayıb.

Bundan əlavə, “Lukoyl”un Azərbaycanda 70-ə yaxın yanacaqdoldurma məntəqəsindən ibarət şəbəkəsi fəaliyyət göstərir.

Maraqlıdır ki, Rusiya mətbuatı “Lukoyl” prezidenti Vahid Ələkbərovu Ukrayna məsələsində dövlətin mənafeyinə uyğun olmayan mövqe tutmaqda ittiham edir. İttihamlara səbəb “Lukoyl”un saytında Ukraynada müharibəni dayandırmağa çağırışın yerləşdirilməsidir. Çağırış mətnində Ukraynadakı hərbi əməliyyatların dayandırılması və problemin sülh yolu ilə həll olunması istənilirdi: “ “Lukoyl”un direktorlar şurası Ukraynada davam edən faciəvi hadisələrdən narahatlığını və bu faciənin təsir etdiyi bütün şəxslərlə bağlı hüznünü bildirir. Biz hərbi konfliktin tezliklə dayandırılmasına dəvət edərək onun danışıqlar və diplomatiya yolu ilə həllinə tam dəstək veririrk”. 

Rusiyalı ekspertlər bu çağırışın “Lukoyl”u sanksiyalardan kənarda saxlamağa hesablandığını bildirirlər. Şirkət Niderlandda nəhəng neft emalı zavodunun 45 faizinə, İtaliyada, Bolqarıstanda və Rumıniyada ayrıca neftayırma zavodlarına sahibdir. Belçika, Yunanıstan, İtaliya, Niderland, Finlandiya, Balkan yarımadası ölkələrində yanacaqdoldurma şəbəkələrinin 40 faizi də “Lukoyl”a məxsusdur. Ümumilikdə, Avropanın mühərrik yağları bazarının 25 faizə yaxını şirkətdədir. Finlandiyada bu göstərici 25 faizə, Bolqarıstanda 24 faizə, Moldovada 20 faizə, Rumıniyada 17 faizə çatır. 

2020-ci ildə “Lukoyl”a məxsus və payçı olduğu zavodlarda neft emalının həcmi 18,5 milyon ton təşkil edib. Bu baxımdan, V.Ələkbərovun sanksiyalardan qorxmasına çox ciddi əsaslarının olduğunu söyləmək olar. 

Onu da qeyd edək ki, Rusiya hakimiyyəti neft-qaz sektorundan çıxan xarici şirkətlərin payını yerli şirkətlərə vermək niyyətindədir. Bununla bağlı yaxın günlərdə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Surqut və Koqalıma gedəcəyi gözlənilir. Səfərdə məqsəd “Surqutneftqaz”ın rəhbəri Vladimir Boqdanov və V.Ələkbərovla görüşmək olduğu deyilir. Görüşlərdə şirkətlərin Avropadan ixracı qadağan olunan mal və materialların yerli istehsalla əvəzlənməsi üçün dövlət dəstəyinin təmin olunması məsələsinin müzakirə ediləcəyi deyilir. Lakin ehtimal olunur ki, hökumət şirkətlərin hesablarındakı vəsaitlərin dövlət üçün xərclənməsi planı qurur. İki şirkətin hesablarında 4 trilyon rubla yaxın vəsaitin olduğu bildirilir. Bundan əlavə, V.Ələkbərovdan Rusiyanı tərk etmiş “Shell” şirkətinin işlədiyi yataqlarda işləmək istəniləcəyi qeyd olunur. Lakin indiki halda – çox böyük vəsait itkilərinə məruz qalan “Lukoyl”un təklifi qəbul etsə belə, yataqlarda işləyə biləcəyi ciddi sual altındadır.

Azərbaycanda isə “Lukoyl”un yaxın vaxtlarda ölkəmizdə malik olduğu YDM-ləri satacağına dair məlumatlar yayılmaqdadır. Şirkətin yerli ofisindən bununla bağlı sualımız cavabsız buraxıldı. Şirkətin hazırkı vəziyyətdə “Şahdəniz” və CQD-dəki layihə öhdəliklərinə əməl etməsi imkanlarının nə qədər olacağı da ciddi sual altındadır. 

Enerji məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, “Lukoyl”un Azərbaycandakı layihələrdəki payını maliyyələşdirməkdə çətinlik çəkməsi gözləniləndir: “Şirkət artıq bir dəfə - 2014-cü ildə Qərbin sanksiyalarına məruz qalıb. Dərinsulu ərazilərdəki yataqlarda işləmək üçün texnologiyaları ala bilmədiyinə görə Xəzər dənizinin Rusiya sektorunun dərinsulu hissəsindəki layihələrini hələ də icra edə bilməyib. İndi də Rusiyanın ən böyük özəl vergi ödəyicisi – gəlir yeri olduğuna görə “Lukoyl”un birbaşa sanksiyaya məruz qalması ehtimalı böyükdür. Bu halda, aydın məsələdir ki, Azərbaycandakı layihələrdəki payını da maliyyələşdirə bilməyəcək”.(musavat.com). 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"