"Ermənistan Türkiyə ilə sərhədləri açmağa hazırdı" - Nazir Ararat Mirzoyan

16 mart, 2022 11:08

“Ermənistan əhalisi Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir”.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Anadolu” Agentliyinə müsahibəsində deyib.

“Ötən aylarda Ermənistan və Türkiyə arasında baş vermiş mühüm epizodları xatırlatmaq istərdim. İki ölkənin liderləri açıq bəyanatlarla çıxış edərək, danışıqlara başlamağa hazır olduqlarını bildiriblər. Daha sonra Moskva və Vyanada artıq iki görüş keçirmiş xüsusi nümayəndələr təyin olundu və onlar münasibətlərin tam normallaşmasına yönəlmiş ilkin şərt olmadan danışıqları davam etdirməyə razılıq verdilər. Mən Antalyaya Ermənistan hökumətinin Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmaq və regionda dinc və davamlı inkişaf dövrünü açmaq üçün siyasi iradəsini bir daha təsdiqləmək üçün səfər etdim. Ümumiyyətlə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin tənzimlənməsi prosesini müsbət qiymətləndiririk. Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır. Türkiyəli həmkarımdan onların da prosesi sona çatdırmaq üçün siyasi iradələrinin olduğunu eşitmək məni sevindirdi. İndi dünyada hadisələr çox sürətlə inkişaf edəndə konkret addımlar atmaqdan çəkinməməliyik. İnsanlar artıq İrəvandan İstanbula birbaşa uçuşlardan istifadə edirlər. Sərhədlərin açılması iki ölkə arasında kommunikasiyaya, ticarət-iqtisadi əlaqələrə, insanlar arasında təmaslara və ümumilikdə regionda sabitliyə müsbət təsir göstərəcək. Mənim səfərim yüksək rütbəli erməni rəsminin son on ildə Türkiyəyə ilk gəlişidir. Əgər nizamlanma prosesi rahat getsə və müsbət nəticələr əldə etsək, qarşılıqlı səfərlər də mümkündür. Ümumiyyətlə, Ermənistan əhalisi Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir. Bu, rəy sorğularında da özünü göstərir. Təbii ki, həm Ermənistan, həm də Türkiyə cəmiyyətində bu prosesə şübhə ilə yanaşan qruplar var. Bu məsələlərin həllində hər iki tərəfin rəsmiləri liderlik etməlidir. Çavuşoğlu ilə görüşüm zamanı bəzi ağrılı məqamlarla bağlı fikir mübadiləsi apardıq və ümid edirəm ki, bunlar nəzərə alınacaq”, - Ermənistan XİN rəhbəri qeyd edib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"