Bu gün Rusiya defoltdan yayına biləcəkmi?

16 mart, 2022 12:51

“Şimal qonşumuzun defolt ola bilməsi ilə bağlı yayılan açıqlamalar Rusiyanın bu gün 117 milyon dollarlıq dollar denominasiyalı bondlar üzrə faiz ödəmə öhdəliyi ilə bağlıdır.” 

Bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib.

O qeyd edib ki, Rusiyanın 630 milyard dollarlıq xarici valyuta ehtiyatları dondurulduğu üçün ölkə dollar ödənişlərini etməkdə çətinliklə üzləşib:

“Bundan başqa, Qazprom, Lukoyl kimi şirkətlərin xaricdəki 150 milyard dollarlıq aktivlərindən istifadə də bloklanıb. Belə ki, Rusiyaya dollar və avro təchizatına qadağa olduğu üçün ölkə xarici valyuta problemləri ilə üz-üzədir. Rusiyanın kredit reytinqini kəskin aşağı salan beynəlxalq agentliklər də Moskvanın defoltun bir addımlığında olduğunu bəyan ediblər”.

Deputat vurğulayıb ki, Rusiya defolt elan olunacağı halda bu ölkənin 1998-ci ildən sonra ilk borc, 1917-ci il inqilabından sonra isə ilk xarici valyutalar üzrə borc defoltu olacaq:

“Belə ki, 115 il öncə, inqilabdan sonra Rusiya hökuməti xarici valyutada olan borclarını tanımaqdan imtina edərək ödənişlər etməmişdi.

Rusiya defolt olarsa ölkə iqtisadiyyatına investorların inamı ciddi şəkildə sarsıla bilər. Sanksiyalardan sonra Rusiya iqtisadiyyatı ciddi valyuta problemləri ilə üzləşməkdədir. Artıq hökumət valyuta qıtlığını etiraf edərək minimumlaşdırıcı addımlar atmağa çalışır. Ötən il 1.5 trilyon dollarlıq iqtisadiyyata malik olan Rusiya 117 milyon dollarlıq ödənişə görə defolt təhlükəsi ilə üzləşib. Sanksiyalar ölkənin xarici valyuta ödəniş və manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırıb”.

Vüqar Bayramov bildirib ki, Rusiya defolt olmamağa çalışır:

“Ödənişlər ilə bağlı digər vasitə borcun rubl ilə qaytarması versiyası ola bilər. Amma bu müqavilə şərtlərindən və borcunu alacaq investorların mövqelərindən asılıdır. Bütün borcların rubl ilə qaytarılması real və inandırıcı görsənmir. Reallıq budur ki, sanksiyalar Rusiya üçün mövcud iqtisadi qapıların əksəriyyətini bağlayıb. Hətta əgər bu gün Rusiya defoltdan yayınmağı bacarsa da belə sanksiyalar davam edərsə növbəti ödənişlərdə oxşar problemlərin olacağı qaçılmazdır. Qərb isə sanksiyaların dairəsini genişləndirməkdədir. Deməli, bu sadəcə başlanğıcdır”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"