"AvtoVaz" minlərlə işçisini evə göndərdi - "Wall Street Journal"

16 mart, 2022 14:30

Rusiyanın “AvtoVAZ” şirkəti əməkdaşlarını 20 günlük korporativ məzuniyyətə göndərəcəyini açıqlayıb. Bu, Qərbin tətbiq etdiyi sanksiyalar nəticəsində zavodun istehsal etdiyi avtomobillər üçün elektron hissələrin tükənməsi ilə bağlıdır. Şirkətin yaydığı məlumatda deyilir ki, məzuniyyət aprelin 4-dən 24-nə qədər çəkəcək. “Bu qərar şirkətə imkan verəcək ki, komponentlərin zəruri ehtiyatlarını daha stabil iş prosesini təmin etmək üçün fırmalaşdırsın”, - məlumatda deyilir.

Şirkət İjevskdəki zavodunda işi aprelin 25-dən, Tolyattidəki zavodunda isə may ayından bərpa etməyi nəzərdə tutur.

Əslində “AvtoVAZ” istehsalı martın 9-dan dayandırıb, çünki Qərbin sanksiyaları şirkəti istehsal etdiyi avtomobillər üçün ehtiyat hissələrinə çıxış imkanlarından məhrum edib. Minlərlə əməkdaş həmin gündən öz hesabına məzuniyyətə göndərilib.

Bu haqda “Wall Street Journal” öz mənbələrinə istinadən yazmışdı, şirkət isə məlumatı indi təsdiqləyir.

“AvtoVAZ”ın əsas səhmdarı Fransanın “Renault” şirkətidir. Şirkətin Tolyattidəki zavodu bir sıra ehtiyat hissələrinin təchizatı baxımından “Renault” şirkətinin Rumıniyadakı zavodundan asılıdır. “AvtoVAZ” avtomobil hissələrinin 20 faizindən çoxunu, o cümlədən elektrik kabelləri üçün yuvacıqları və elektronika hissələrini idxal edir.

Udmurtiyanın birinci vitse-premyeri Konstantin Suntsov yerli KİV-lərə bildirib ki, hazırda LADA Vesta avtomobili üçün komplektləşdirici hissələrin sanksiyalara qoşulmayan ölkələrin hesabına təmin edilməsinə cəhd göstərilir. Onun sözlərinə görə, bu sahədə idxaldan asılılığı aradan qaldırmaq üçün azı iki il vaxt lazımdır.

Artıq Avropanın avtomobil istehsalçıları, o cümlədən avtomobillər üçün komplektləşdiricilər istehsal edən “Bosch” alman şirkəti “AvtoVAZ”la əməkdaşlığı dayandırıb. Bu isə LADA markalı avtomobillər üçün elektron blokların və digər hissələrin təchizatının pozulması deməkdir. Ekspertlərə görə, bu elektron hissələri Çindən almaq nəzəri olaraq mümkündür, amma Çin özü Rusiyanın avtomobil satışı bazarında yerini sürətlə möhkəmləndirir. Çin istehsalı olan avtomobillərin sanksiyalardan sonra Rusiya bazarına daha çox daşınması gözlənilir, bu baxımdan Çin Rusiyanın özünün avtomobil sənayesinin dirçəlməsində maraqlı olmayacaq(virtualaz.org). 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"