Rusiyanın bayrağı Avropa Şurasında çıxarıldı - FOTO
16 mart, 2022 21:21
Rusiyanın Avropa Şurasındakı üzvlüyü bu gündən etibarən əsmi olaraq dayandırılıb.
Ölkənin üçrəngli bayrağı Avropa Şurasının bayraqlar xiyabanından çıxarılıb.
Qeyd edək ki, Rusiya 1996-cı ildən başlayaraq Avropa Şurasının üzvü olub. Ukrayna ilə müharibə başlayandan sonra Rusiya Avropa Şurasından və Avropa İnsan Haqları Konvensiyasından çıxdığını bəyan edib. Buna baxmayaraq, rəsmi Moskva AİHM-in qərarlarına Konstitusiyaya zidd olmadığı təqdirdə əməl edəcəyini vəd edib.