ABŞ-dan Ukraynaya daha bir fantastik hərbi yardım - "9 min tank əleyhinə sistem, 7 min atıcı silah və 20 milyon patron..."

17 mart, 2022 00:18

Amerika Birləşmiş Ştatları Ukraynaya əlavə 800 milyon dollarlıq hərbi yardım ayıracaq.

Bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

Onun sözlərinə görə, təkcə bu həftə ABŞ-ın Ukraynaya yeni təhlükəsizlik yardımının ümumi məbləği 1 milyard dollara çatıb.

Bundan əlavə, ABŞ hakimiyyəti Ukraynaya əlavə silahlar, o cümlədən hava hücumundan müdafiə sistemləri, tank əleyhinə sistemlər, atıcı silahlar və döyüş sursatları ötürmək niyyətindədir.

Bayden deyib ki, yardım paketinə, həmçinin 9 min tank əleyhinə sistem, 7 min atıcı silah və 20 milyon patron daxildir.