Ukrayna tezliklə NATO-ya üzv olmayacaq
17 mart, 2022 00:31
Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynanın NATO-ya üzvlüyünün tezliklə mümkün olmayacağını açıqlayıb.
Bu barədə Conson Əbu-Dabiyə səfəri zamanı jurnalistlərin suallarını cavablandırıb.
Baş nazir Ukrayna Prezidenti Volodimir Zelenski ilə bu mövzunu yenidən müzakirə etdiklərini və NATO ilə bağlı mövcud vəziyyəti aydınlaşdırdıqlarını bildirib.