Putin oliqarxlarının yaxtaları: Ov davam edir, daha kimlər dəbdəbədən məhrum oldu? - FOTOLAR

17 mart, 2022 10:35

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə görə Putinə yaxın oliqarxlar bir-birinin ardınca öz dəbdəbəli “oyuncaqlarından” – hər birinin dəyəri yüz milyonlarla dollar olan lüks yaxtalarından məhrum olurlar.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, ötən gün İspaniya polisi Kataloniyanın Tarraqona limanında “Rosneft” in baş direktoru, Putinin “boz kardinalı” hesab edilən İqor Seçinin “Cresent” adlı meqa-yaxtasını müsadirə edib. Bu haqda “Reuters” polisdəki mənbələrə istinadən xəbər verib. İqor Seçin Avropa İttifaqının sanksiyalar siyahısındadır.

"Cresent" əldən getdi...

“Marine Traffic” monitorinq saytının məlumatlarına görə, Kayman adaları bayrağı altında üzən 135 metrlik yaxta İspaniya limanına 2021-ci ilin noyabrında yan alıb. Onun dəyəri 600 milyon dollardır.

Bundan bir gün əvvəl isə İspaniya hakimiyyəti digər rusiyalı oliqarx Aleksandr Mixeyevin “Lady Anastasiya” adlı yaxtasını müsadirə etmişdi. Yaxtanın dəyəri yüz milyonlarla dollardır.

və "Lady Anastasiya"...

Rusiyalı oliqarxların yaxtalarına və digər aktivlərinə qarşı başladılmış misli görünməmiş təqib kampaniyası çərçivəsində bundan əvvəl daha bir neçə iri oliqarx öz lüks “oyuncaqlarından” məhrum olub.

Belə ki, Putinə yaxın oliqarxlardan Əlişir Usmanovun 600 milyon dollarlıq “Dilbar” adlı yaxtası İtaliyada müsadirə edilib. Yaxta 2016-cı ildə Almaniyanın “Lürssen” gəmi tərsanəsi tərəfindən hazırlanmışdı.

Usmanov "Dilbər"indən ayrıldı

Oliqarx, 23 milyard dollarlıq sərvətə malik olan Aleksey Mordaşevin 65 metr uzunluğunda olan “Lady M” adlı yaxtası da İtaliyanın İmperiya limanında müsadirə edilib. Yaxtanın dəyəri 65 milyon dollardır. Sürətli yaxta Atlantik okeanını 8 günə keçə bilir, onun forması irəli sıçrayan yaquarı xatırladır. Mordaşev 2021-ci ilin oktyabrında bu yaxtanı satışa çıxarmışdı, çünki özünə “Nord” adlı 142 metrlik yeni yaxta almışdı.

"Lady M" də əldən getdi

Habelə rusiyalı biznesmen Sergey Qalitskinin 104 metrlik “Quantum Blue” adlı yaxtası da bu günlərdə Monakoda müsadirə olunub. O, dünyanın 30 ən iri yaxtası arasında yer alır və qiyməti yüz milyonlarla dollardır.

"Quantum Blue"

Putinin yaxın çevrəsinə daxil olan digər rusiyalı oliqarx, “Rostex” dövlət korporasiyasının rəhbəri Sergey Çemezovun 85 metrlik “Valerie” adlı yaxtası isə İspaniyanın Barselona limanında yaxalanıb. Yaxtanın dəyəri 140 milyon dollardır, o Almaniyanın “Lürssen” tərsanəsində 2011-ci ildə yığılıb.

Çemezovun itirdiyi "oyuncağı"

“Rosneft” rəhbəri İqor Seçinin “Amore” adlı 86 metrlik yaxtası da daha əvvəl müsadirə olunmuşdu. Yaxtanın dəyəri 120 milyon dollara yaxındır.

Rusiyalı digər oliqarx Andrey Melniçenko da özünün 143 metrlik yaxtasından məhrum olub. Onun “A” adlı yaxtası Avropa limanlarından birində yaxalanıb, dəyəri 530 milyon dollardır. Melniçenko Rusiyanın ən zənginləri sırasında 6-cı sırada yer alır.

"A" daha Andreyin deyil

Yaxtalarla yanaşı rusiyalı oliqarxlar Avropa ölkələrindəki dəbdəbəli mülklərindən və digər aktivlərindən də məhrum olurlar. Hazırda onların aktivlərini "ovlamaq" üçün ABŞ xüsusi xidmət orqanlarının xüsusi əməliyyat qrupu işləyir.

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR