14 milyard dolları var idi, indi süpürgəçinin pulunu verə bilmir - "Bloomberg Businessweek"

17 mart, 2022 16:53

Qərbin sanksiyaları altına düşən rusiyalı oliqarxlardan biri, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən əvvəl 14 milyard dollar sərvəti olan Mixail Fridman indi Londonda “əsir kimi” qaldığını deyir. Və bildirir ki, evinin süpürgəçisinin pulunu da ödəyə bilmir, çünki bütün kartları bloklanıb.

“Bloomberg Businessweek” nəşrinə müsahibəsində rusiyalı oliqarx gileylənib ki, bütün hesabları dondurulub.

“Mən heç vaxt heç bir dövlət şirkətində işləməmişəm və ya heç bir dövlət vəzifəsi tutmamışam. Əgər Avropa İttifaqının məsul şəxsləri hesab edirlərsə ki, bu sanksiyalara görə mən cənab Putinin yanına gedə və ona “xüsusi əməliyyatı” dayandırmalı olduğunu deyə bilərəm, və hesab edirlərsə ki, bu işə yarayacaq, o zaman qorxuram  bizim hamımızın böyük problemlərimiz var. Deməli kimlər ki, bu qərarı qəbul edir, Rusiyanın necə qurulduğu barədə anlayışları yoxdur”, - milyarder bildirib.

Avropa İttifaqı Mixail Fridmana qarşı fevralın 28-də sanksiyalar tətbiq edib. Martın 15-də isə Böyük Britaniya ona əlavə sanksiyalar tətbiq edib və nəticədə oliqarxın həmin ölkə ərazisində işləyən yeganə bank kartı da bloklanıb. İndi o, evinin xidmətçisinin pulunu necə ödəyəcəyini bilmir. “Bəlkə evi mən özüm yığışdırım?”,-Fridman əsəbi gülüşlə bildirib.

İndi Fridman şəxsi ehtiyacları üçün pullarından xərcləmək icazəsi almaq üçün ərizə verməlidir. Britaniya hökuməti isə Fridmana nə qədər pul lazım olduğunu özü müəyyən edəcək. Milyarder ən yaxşı halda ayda 2500 funt sterlinq xərcləyə bilər.

“Alfa bank”ın sahibi olan Fridman bildirir ki, onun təsis etdiyi təqaüd proqramları çərçivəsində ABŞ, Böyük Britaniya və Almaniya vətəndaşları Rusiyada işləməyə, səyahətə göndərilirdi. Məqsəd həmin vətəndaşların Rusiyanı daha yaxından anlamasına nail olmaq idi. “Sanksiyalar haqda danışanda gözləyirdim ki, mənə toxunmayacaqlar. Biz səmimi şəkildə inanırdıq ki, qərb dünyasında yaxşı dostlarımız var və bizi cəzalandıra bilməzlər. İndi isə mən bilmirəm bundan sonra necə yaşayacam”, - Fridman deyib(virtualaz.org)

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"