Ukraynadan Polşaya nə qədər qaçqın gedib?

17 mart, 2022 16:57

Rusiyanın işğalından bəri Ukraynadan Polşaya 1,9 milyondan çox qaçqın daxil olub.

Bu barədə ölkənin Sərhəd Mühafizəsi Agentliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 593 mini və ya qaçqınların 31%-i Polşaya minik avtomobillərilə, 440 min insan və ya 23%-i avtobuslarla daxil olub. Təxminən 402 000 nəfər (21%) ölkəyə piyada, 210,000 nəfər və ya 11% qatarla gəlib.

BMT-nin Qaçqınlar üzrə Agentliyinin məlumatına görə, işğaldan sonra ümumilikdə 3 milyondan çox insan Ukraynanı tərk edib və bu qaçqınların əksəriyyəti Polşa, Rumıniya, Moldova, Macarıstan və Slovakiyaya gedib. Ukrayna əhalisi işğaldan əvvəl 43 milyon nəfərdən çox idi.