"Rusiya ilə döyüşməyəcəyik" - Pentaqon rəhbəri

17 mart, 2022 21:45

"ABŞ Ukrayna üzərində uçuşa qadağa zonası yaratmaq niyyətində deyil, çünki bu, Vaşinqtonun Rusiya ilə istəmədiyi münaqişəyə gətirib çıxarardı".

Bu barədə Pentaqon rəhbəri Lloyd Ostin deyib.

“Bayden açıq şəkildə bildirdi ki, qüvvələrimiz Ukraynada döyüşməyəcək. Eyni zamanda, biz Ukraynanı və onun ərazisini qorumaq üçün mümkün olan hər şeyi edəcəyik”, - deyə Pentaqon rəhbəri əlavə edib.