ABŞ Rusiyaya qarşı sanksiyaları bu şərtlə ləğv edəcək

18 mart, 2022 22:47

Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi əməliyyatın dayandırılması, eləcə də respublikanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin bərpası halında Rusiya Federasiyasına qarşı bir çox sanksiyalar aradan qaldırılacaq.

TASS xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yüksək rütbəli nümayəndəsi bildirib.

O, məhdudiyyətlərin aradan qaldırılması şərtləri ilə bağlı sualı cavablandırarkən deyib:

“Sadəcə deyərdim ki, sanksiyalar daimi xarakter daşımır. Rusiyanın hərbi əməliyyatı dayandırıldıqdan, Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü bərpa edildikdən sonra, ümid edirik ki, istifadə etdiyimiz bir çox alətlərdən istifadəni dayandıracağıq”.