Rusiya Ukraynanın Azov dənizinə çıxışını bağladı

19 mart, 2022 10:49

Ukrayna ordusu Azov dənizinə çıxışı itirib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi “Facebook” səhifəsində paylaşım edib.

Əməliyyat xülasəsində ölkənin Silahlı Qüvvələrinin Azov dənizinə çıxışını itirdiyi qeyd olunub.

“Rusiya ordusu qismən Donetsk əməliyyat zonasında uğur əldə edib. Onlar müvəqqəti olaraq Ukraynanı Azov dənizinə çıxışdan məhrum ediblər”, - deyə Ukrayna Müdafiə Nazirliyinin əməliyyat hesabatında qeyd olunub.