Sülhməramlıların yeni təxribatı - Bordov təzədən Xankəndində peyda olub

19 mart, 2022 12:31

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazimizdə erməni-separatçı ünsürlərin əli ilə Azərbaycan əleyhinə təxribatlar və hoqqabazlıqlar davam edir. Onlardan biri də az öncə Rusiyanın “dobro”su ilə, süni şəkildə yaradılmış və Qarabağdakı çoxəsrlik demoqrafik reallığa heç bir dəxli olmayan qondarma “rus icması” ilə bağlıdır.

Bu haqda indiyədək bir neçə dəfə yazmış, SOS siqnalı vermişik. Təbii ki, bu uydurma təsisat heç də ölkəmizə münasibətdə xoş məramdan qaynaqlanmır və daha çox gələcəkdə Bakıya hansısa əlavə təzyiq rıçaqı yaratmaq niyyəti güdür. Bəlli olduğu kimi, həmin “icma”nın rəhbəri Rusiya xüsusi xidmət orqanlarına bağlı olan, rus soyadlı, lakin erməni kökənli Aleksandr Bordovdur. Onun özü Rusiyada yaşayır.

Erməni mediasının yazdığına görə, Bordov bu günlərdə təzədən Xankəndində peyda olub və onun “təşəbbüsü” ilə martın 15-də “Dağlıq Qarabağda xristian ruhaniləri ilə islam dini nümayəndəsinin görüşü olub”. Tədbirə Rusiya sülhməramlı kontingentin tərkibində xidmət edən və müxtəlif dini konfessiyaların, o cümlədən islam inancına malik hərbçilərin də qatıldığı deyilir.

Məlumatda daha sonra bildirilir ki, Bordov öz çıxışında tarixi rus-erməni dostluğundan və pravoslav-müsəlman birliyindən (?!) dəm vurub.

Absurddur, deyilmi? Əlbəttə ki, köklü müsəlman-türk əhalinin qovulduğu, 1992-ci ildən bu yana bircə müsəlmanın yaşamadığı Azərbaycanın bu qədim torpağında belə bir üzdəniraq, təxribatçı, eyni zamanda karikatur tədbirin keçirilməsi dinə, imana, İslama, dinlərarası münasibətlərə, insaniyyətə təhqirdir. Aydındır ki, geydirmə tədbir sırf siyasi məram güdür. Anklavdakı kriminal xunta rejimini ayaqda saxlamağa, orada guya dini tolerantlığın hökm sürdüyü barədə görüntü yaratmağa xidmət edir.

Bu eyni zamanda, Rusiyanın ölkəmizə qarşı ikili və təzyiq siyasətinin yeni təzahürüdür. Olayın Ukraynadakı müharibə fonunda baş verməsi də diqqət çəkməyə bilməz. Halbuki Rusiya və Azərbaycan liderləri ötən ay Moskva Bəyannaməsi imzalayıblar. Sənəddə tərəflərin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıması, separatçılığa, digər təhlükələrə qarşı birgə mübarizə haqda konkret bəndlər də var.

Altında prezident Putinin də imzası duran həmin sənədin müvafiq bəndlərini bir daha Rusiya sülhməramlı kontingentin rəhbərliyinin yadına salırıq:

Bənd 1. “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

Bənd 18: “Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu kontekstdə Tərəflər məlumat mübadilə edir və qeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər”.

Sual yaranır: görəsən, Qarabağdakı sülhməramlı kontingentin komandanlığı Moskva Bəyannaməsini heç olmasa, bir dəfə oxuyubmu? Oxuyubsa, niyə əməl eləmir? Oxumayıbsa, daha pis, demək, öz dövlətinin rəsmi mövqeyindən bixəbərdir. Əslində isə “rus icması”nın sülhməramlı kontingent təmsilçilərini də cəlb eləməklə düzənlədiyi bu üzdəniraq tədbir bir daha Moskvanın iki xalq arasında barışıqda nə dərəcədə maraqlı olmadığını göstərir...

Üzdəniraq “dini tolerantlıq tədbiri”ndə erməni qaynağının “müsəlman din xadimi” kimi təqdim elədiyi Umaxan Saygitov ad-soyadlı bir tipin də iştirak və çıxış elədiyi bildirilir (Yəqin o da dostu Bordov kimi Rusiya xüsusi xidmətinə bağlıdır və hətta gizli hərbi rütbəsi də var).

Sitat: “Öz növbəsində İslam ruhani din xadimi, imam Umaxan Saygitov çıxışı zamanı qeyd edib: ”Mən bu lazımlı və faydalı görüşə görə, müsəlmanlara qarşı xeyirxah münasibətinə (?! - red.) görə rus icmasının rəhbərinə minnətdaram. Biz gerçəkdən də tarixən çox yaxınıq. Əzabkeş Qarabağ torpağında davamlı sülh üçün hər şeyi etmək lazımdır".

Bəs bu “imam” Umaxan Saygitov kimdir və onun Qarabağda nə iti azıb? O necə müsəlman din xadimidir ki, müsəlman-azərbaycanlıların axırıncı nəfərinədək erməni faşist-dinsizlər tərəfindən qovulduğu, etnik təmizlənməyə və soyqırımına məruz qaldığı, məscidlərin yerlə-yeksan edildiyi bir bölgəyə gəlir və bu barədə bircə kəlmə danışmır. Əksinə, separatçı elementlərlə şəkil çəkdirir, onların şəninə tərif deyir, müsəlman-türklər əleyhinə məkrli, iyrənc oyunlarında yer alır? Allahdan qorxmurmu?..

Təbii ki, heç kim çörəyi qulağına yemir. Azərbaycana qarşı belə çirkin oyunlar və təxribatlar keçməz. Bura nə Ukraynanın Donbasıdır, nə də Gürcüstanın Abxaziya və Cənubi Osetiyası. Bura - Azərbaycandır. Aranlı, dağlı Qarabağı ilə birgə! Yanında qardaş Türkiyəsi ilə birgə! Şuşa Bəyannaməsi ilə birgə! Odur ki, Bakının səbrini təzədən sınağa çəkməyi kimsəyə məsləhət görməzdik. “Dəmir yumruq” heç yerə getməyib, lap yaxındadır. Cəmi bir neçə kilometrlikdə...(musavat.com)

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"